142-“Çağrı mərkəzi”nə müraciətlərin sayı azalıb

142-“Çağrı mərkəzi”nə müraciətlərin sayı azalıb
15:18 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 9099 müraciət edilib ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 16 faiz (1742 müraciət) azdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin sayı sosial təminat məsələləri üzrə 9,9 faiz azalaraq 3671-ə, əmək qanunvericiliyi ilə əlaqədar 19,5 faiz azalaraq 1972-yə, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası üzrə 17,7 faiz azalaraq 995-ə, məşğulluq məsələləri ilə əlaqədar isə 6,2 faiz azalaraq 828-ə enib. Həmçinin ötən ay 142-“Çağrı mərkəzi”nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə bağlı 1633 müraciət daxil olub.
Müraciətlərin 92 faizində (8374 müraciət) qeyd olunan sahələrlə bağlı sorğular ifadə olunub. Nazirliyin mütəxəssisləri hər bir sorğu ilə bağlı vətəndaşlara dolğun hüquqi izahatlar veriblər.
Əmək hüquqlarının müdafiəsi, bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi məsələlərinin, təklif və şikayətlərin əksini tapdığı 725 müraciət isə araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib. Onlar qısa müddətdə araşdırılaraq aidiyyəti üzrə tədbirlərin görülməsi təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/142_CHagri_merkezine_muracietlerin_sayi_azalib-908266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR