Bakıda ev yandı: 2 yaşlı uşaq yanaraq öldü (VİDEO)

Bakıda ev yandı: 2 yaşlı uşaq yanaraq öldü (VİDEO)
07:41 30 Dekabr 2014
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış evinin yanması bədbəxt hadisəyə yol açıb.

ANS TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda Ümid Əliyevə məxsus rəsmi qeydiyyatsız fərdi yaşayış evində baş verib. Məlumata görə, yanğın baş verməzdən əvvəl evdə iki azyaşlı olub.

Valideynləri işlə əlaqədar onları yatmış vəziyyətdə qoyaraq yaxınlıqdakı fermaya yollanıb. Bu müddətdə isə uşaqlardan nisbətən böyük olan yuxudan oyanıb və anasını axtarıb. Həmin vaxt 4 yaşlı uşaq elektrik qızdırıcısına toxunub və onu aşırıb. Nəticədə yanğın baş verib və tez bir zamanda evi bürüyüb. Alovun qalxdığını görən uşaq valideynlərinin ardınca fermaya qaçıb. Evin kiçik övladı 2013-cü il təvəllüdlü Əliyeva Zeynəb Ümid qızı güclü alovların içində qalıb.

Səsə-küyə yaxınlıqda olanlar, eləcə də azyaşlıların atası Ümid özünü yetirib. Ancaq artıq gec olub. Güclü alov hər tərəfi bürümüşdü. Nəticədə hələ iki yaşı tamam olmayan Zeynəb köməksiz vəziyyətdə qalaraq həyatını itirib. Yanğınla bağlı FHN-nin yanğından mühafizə xidmətinə məlumat verilib. Əraziyə gələn yanğın söndürənlər alovun söndürüb və onun qonşu mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın tam söndürüldükdən sonra həyatını itirən azyaşlının yanmış meyiti də aşkar olunub. Bədbəxt hadisənin təfərrüatlarını Sabunçu Rayon Prokurorluğu araşdırır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı