Bakı, 4 dekabr, AZƏRTAC
Lənkəran rayonunun Girdəni kəndində leysan yağışlarının yağması nəticəsində bir ailə evdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalmış 4 nəfəri təhlükəsiz əraziyə çıxarıblar.