Milli Məclis əcnəbilərin dini təbliğata görə həbs olunmasını nəzərdə tutan dəyişikliyi qəbul edib

15:47 4 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Təklif edilən layihəyə əsasən, Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslər dini təbliğata görə həbs olunacaq. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/milli-meclis-ecnebilerin-dini-tebligata-gore-hebs-olunmasini-nezerde-tutan-deyisikliyi-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR