Mütəhərrik cərrah iynəsi beyində əməliyyatı nəzərə çarpacaq dərəcədə sadələşdirəcək

Mütəhərrik cərrah iynəsi beyində əməliyyatı nəzərə çarpacaq dərəcədə sadələşdirəcək
15:48 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Londonun İmperial Kollecinin alimləri eşşəkarısının anatomik quruluşundan istifadə edərək yeni cərrah aləti - beyində əməliyyat üçün mütəhərrik iynə hazırlayıblar. Alətin elastik quruluşu neyrocərrahlara dərman preparatlarını beynin lazımi sahələrinə ətrafdakı txumaları zədələmədən yeritməyə imkan verir. Hazırda istifadə edilən düz və sərt iynələr bu xüsusiyyətə malik deyil. Pasiyent üçün bu, arzuedilməz kənar müdaxilələr riskinin azalması deməkdir.
AZƏRTAC kollecin saytına istinadla xəbər verir ki, minici eşşəkarısının iynəsi xüsusi mütəhərrikliyə malikdir. Bu, həşərata öz qurbanını – oduncaqda yaşayan parazitlərin süfrələrini sərrastlıqla deşməyə imkan verir. Mexanizm eşşəkarısı iynəsinin hərəkətini xatırladan üç kiçicik, yan-yana sürüşən polimer valcıqdan ibarətdir. Bu, beynin mühüm sahələrini zədələməmək üçün bükülməyə imkan verir. İynənin robot əl vasitəsilə yeridiləcəyi planlaşdırılır.
Tədqiqat qrupu bu alətin dörd il ərzində təkmilləşdirilməsi, kliniki sınaqlardan keçirilməsi və tibbi praktikaya tətbiq edilməsi üçün bu yaxınlarda 8,3 milyon funt məbləğində qrant alıblar. Milan Universitetinin professoru Lorentso Bello klinika şəraitində yeni texnikanın sınaqdan keçirilməsinə rəhbərlik edəcək.
Layihədə bilavasitə iştirak edən Ferdinando Rodriqes bildirib ki, bu ideya onun ağlına bioloq həmkarı, professor Culian Vinsentlə nahar zamanı gəlib. O, minici eşşəkarılarının süfrələrinin toplanması nüanslarından danışanda mühəndis bu mexanizmi cərrahi əməliyyatlarda tətbiq etmək barədə düşünüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muteherrik_cerrah_iynesi_beyinde_emeliyyati_nezere_charpacaq_derecede_sadelesdirecek-908283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR