ADİU-da “Vergilər” mövzusunda IX respublika olimpiadası keçirilir

ADİU-da “Vergilər” mövzusunda IX respublika olimpiadası keçirilir
16:33 4 Dekabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, tələbə və magistrantlar arasında “Vergilər” mövzusunda IX respublika olimpiadası keçirilir.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, dekabrın 4-də başlanan olimpiadada ölkənin 14 ali məktəbindən 300-dək tələbə və magistrant iştirak edir.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin ADİU-nun foyesindəki büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu münasibətlə təşkil olunun tədbirdə universitetin rektoru, professor Ədalət Muradov IX respublika olimpiadasının iştirakçılarına uğurlar arzulayıb. Rektor əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanmasında Vergilər Nazirliyinin həyata keçirdiyi layihələrin mühüm rolunu qeyd edib.
Ə.Muradov Vergilər Nazirliyi ilə universitet asındakı sıx əlaqələrdən söz açıb, əməkdaşlıq çərçivəsində ADİU-nun on ən yaxşı tələbəsinin nazirlikdə işlə təmin olunacağını xüsusi qeyd edib.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən mükəmməl iqtisadi islahatlar nəticəsində ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə qalxdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq doqquzuncu ildir ali məktəb tələbələri və magistrantlar böyük həvəslə bu olimpiadada iştirak edirlər. Olimpiada iştirakçılarının çoxu sonradan vergi orqanlarına işə qəbul üzrə test imtahanlarında yüksək nəticələr göstərərək işlə təmin olunurlar.
Test üsulu ilə təşkil olunan olimpiada zamanı iştirakçılar iki saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandıracaqlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndiriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_da_Vergiler_movzusunda_IX_respublika_olimpiadasi_kechirilir-908311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR