Facebook kraliçası xəstəxananın ayaqyolunda öldü - FOTO

Facebook kraliçası xəstəxananın ayaqyolunda öldü - FOTO
16:47 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə çox populyarlaşan, "Facebook kraliçası" kimi tanınan 20 yaşlı tələbə qız xəstəxananın ayaqyolunda sürüşüb və elə orada da can verərək keçinib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Çeşir qraflığındakı Uorrinqton şəhərində baş verib.

20 yaşlı Lüsi Betani Bləkbörn "Warrington Hospital"ın ayaqyolunda olarkən ayağı sürüşüb. Lüsi yıxılanda başı divara dəyib və o, çox ağır kəllə-beyin travması alıb.
Tələbə qızın anası Süzen Torlinin dediyinə görə, qəm və kədərdən dəli olmaq həddindədir.
Lüsi hospitalda tibb bacısı postunda stajçı kimi çalışırdı. Polisdən verilən ilkin məlumata görə, tələbə qız qadınlar üçün ayaqyoluna yollananda orada epileptik tutmaya məruz qalıb.

Lankaşir qraflığındakı Bernli şəhərinin yaxınlığında yerləşən Hepton şəhərinin sakini Lüsi Çester Universitetinin Tibb fakultəsinin 2-ci kurs tələbəsi idi.
Onu Facebook-dakı profili məşurlaşdırmışdı.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR