Tahir Salahovun bu əsəri 269 minə satıldı - foto

Tahir Salahovun bu əsəri 269 minə satıldı -  foto
16:51 4 Dekabr 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 1-də Londonda Sotheby's hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərin satışı həyata keçirilib.

Axşam.az-ın məlumatına görə, hərracda SSRİ xalq rəssamı, Rusiyanın rəssamlıq akademiyasının vitse-prezidenti Tahir Salahovun "Aydan" əsəri 269 min funt sterlinqə satılıb. Təqdim edilən variant xüsusi olaraq Tahir Salahovun 1980-ci ildə Tokioda "Gekkosso" qalereyasında şəxsi sərgisi üçün çəkilib.

Portretin 1967-ci ildə çəkilən digər variantı Dövlət Tretyakov qalereyasında saxlanılır. Sotheby's rəsmilərinin sözlərinə görə, "Aydan" əsəri Sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb. (buro247.az)


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR