Bakıda metronun yaxınlığında qadının qanını tökdülər

Bakıda metronun yaxınlığında qadının qanını tökdülər
16:52 4 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qadın bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində - metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib. 1984-cü il təvəllüdlü Nəbiyeva Günel Ramazan qızına yaxınlaşan şəxs və ya şəxslər bıçaqla ona xəsarətlər yetirib. Bıçaq zərbələrindən biri 31 yaşlı qadının bel nahiyəsindən daxilə nüfuz edib. O, ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil.

G.Nəbiyevanın hansı səbəbdən bıçaqlanması da dəqiqləşməyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR