Almaniya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub

Almaniya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub
17:02 4 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Almaniya parlamenti (Bundestaq) hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, 598 deputatdan 445-i qərarın lehinə, 146-sı isə əleyhinə səs verib.
Bundestaqdan sonra qərarı Almaniyanın 16 Torpağının təmsilçilərindən ibarət Bundesrat da təsdiqləməlidir.
Məlumata görə, bu missiyanın fəaliyyət müddətinin 2016-cı il dekabrın 31-dək uzadılacağı ehtimal edilir. Mandata 134 milyon avro maliyyə vəsaiti ayırılıb.
Qeyd edək ki, Budensrat sənədi təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR