Güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub

17:03 4 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft daşları”nda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
AZƏRTAC SOCAR-ın saytına istinadla xəbər verir ki, dekabrın 4-də saat 12.30 radələrində “Neft daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə uçuraraq dənizə atıb. Hadisə baş verərkən köşkdə buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov olublar.
Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, itkin düşən neftçilərin axtarışı hazırda Fövqəladə Hallar Nazirliyinin helikopteri, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir.
Hadisənin təfərrüatları yaradılmış komissiya tərəfindən araşdırılır. Axtarışların və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guclu_tufan_Neft_daslarinda_qezaya_sebeb_olub-908325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR