Bakıda keçiriləcək Avropa Qran-prisi 2016-ci il “Formula-1” təqvimində yer alıb

Bakıda keçiriləcək Avropa Qran-prisi 2016-ci il “Formula-1” təqvimində yer alıb
17:08 4 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə yerləşən baş qərargahında Dünya Motoidman Şurasının iclası keçirilib.
“Bakı Şəhər Halqası” şirkətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Dünya Motoidman Şurası “Formula-1”ə aid idman əməliyyatlarının aparılması qaydalarında bir neçə vacib dəyişik edib. Belə ki, “Formula-1” mövsümünün gedişində ilk dəfə olaraq iştirakçı ölkələrin sayı 20-dən 21-ə çatdırılıb. Ənənəvi “Formula-1” təqviminə edilən bu əlavə ölkəmizin gələn il iyunun 19-da Avropa Qran-pri yarışlarına ev sahibi kimi debüt etməsi ilə əlaqədardır. “Formula-1” yarışlarının Bakı Qran-prisi 21 ölkə arasında səkkizinci mərhələdir. İclas çərçivəsində Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakıdakı “Formula-1” yarışları ilə bağlı bir sıra ikitərəfli görüşlər də keçirilib.
2016-cı il mövsümünün təqvimi aşağıdakı şəkildə təsdiq olunub:
20 mart - Avstraliya Qran-prisi (Albert Park)
3 aprel - Bəhreyn Qran-prisi (Saxir)
17 aprel - Çin Qran-prisi (Şanxay)
1 may - Rusiya Qran-prisi (Soçi)
15 may - İspaniya Qran-prisi (Barselona)
29 may - Monako Qran-prisi (Monte Karlo)
12 iyun - Kanada Qran-prisi (Monreal)
19 iyun - Avropa Qran-prisi (Bakı)
3 iyul - Avstriya Qran-prisi (Osterrayxrinq)
10 iyul - Böyük Britaniya Qran-prisi (Silverstoun)
24 iyul - Macarıstan Qran-prisi (Hunqarorinq)
31 iyul - Almaniya Qran-prisi (Hokkenhaym)
28 avqust - Belçika Qran-prisi (Spa Frakorşamps)
4 sentyabr - İtaliya Qran-prisi (Montsa)
18 sentyabr - Sinqapur Qran-prisi (Marina Bey)
2 oktyabr - Malayziya Qran-prisi (Sepanq)
9 oktyabr - Yaponiya Qran-prisi (Suzuka)
23 oktyabr - ABŞ Qran-prisi (Ostin)
6 noyabr - Meksika Qran-prisi (Mexiko)
13 noyabr - Braziliya Qran-prisi (San Paulu)
27 noyabr – Abu-Dabi Qran-prisi (Yas Marin).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kechirilecek_Avropa_Qran_prisi_2016_ci_il_Formula_1_teqviminde_yer_alib-908331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR