Pekində ilk insana bənzər danışan və gülən robot-qız nümayiş edilib

Pekində ilk insana bənzər danışan və gülən robot-qız nümayiş edilib
17:11 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Pekində keçirilən Ümumdünya robototexnika konfransında bu günlərdə insan mimikasına malik olan robot-qız nümayiş etdiriblər.

Yeni yaradılan robot-qız xarici görünüşünə görə insandan demək olar ki seçilmir.
 “Geminoid-F” — robot-qız, Osaki Universiteti yanında intellektual robototexnika Laboratoriyasının rəhbəri Hirosi İsiquronun yeni layihəsidir.

Robot cavan yapon qızının surətindədir, o, müstəqil hərəkət edə bilməsə də, danışır   və gülümsəyir.
 
“Geminoid-F” robotu artıq xəstəxanalarda istifadə edilir. Çünki  gülərüz və diqqətli robot-dayənin palatada olması pasiyentlərin əhval- ruhiyyəsinə müsbət təsir edir.
 
Aynur Vəliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR