"Bank-maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər" mövzusunda seminar keçirilib

"Bank-maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər" mövzusunda seminar keçirilib
17:13 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "Unibank" Akademiyası və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə birlikdə kommersiya banklarının və digər maliyyə qurumlarının əməkdaşları üçün "Bank-maliyyə institutlarının idarə edilməsi: uğursuzluqlar və perspektivlər" mövzusunda 4 günlük seminar keçirib.

AMB-dən Trend-ə verilən məlumata görə, seminarda məruzəçi qismində “The New School” universitetinin maliyyə, investisiya bankçılığı, idarəetmə və liderlik üzrə 20 ildən çox təcrübəyə malik professoru Charles H. Allison dəvət olunub.

Seminarın keçirilməsində əsas məqsəd maliyyə sabitliyi, böhran şəraitində effektiv maliyyə idarəetməsi və bu sahədə beynəlxalq təcrübə haqqında bankların rəhbər şəxslərinin məlumatlandırılması və mövcud problemlərin müzakirə edilməsi olub.

Harvard Biznes Universitetinin metodologiyası əsasında keçirilən seminarda Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın bankın nümayəndələri və digər maliyyə qurumlarının əməkdaşları iştirak ediblər. Professorun tədris metoduna uyğun olaraq iştirakçılar Canvas - Bilik İdarəetmə Sistemi vasitəsilə iri maliyyə institutlarının böhran şəraitində üzləşdiyi çətinliklərə dair nümunələrlə tanış olub, müvafiq tapşırıqları yerinə yetirib və ünsiyyət formalaşdırıblar.

Seminar dörd gün ərzində, hər gün iki növbə olmaqla müxtəlif mövzular ətrafında interaktiv müzakirələrlə davam edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2465333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR