“Bakutel 2015” sərgisində radio və televiziya yayımı ilə bağlı ən son yeniliklər nümayiş olunur

“Bakutel 2015” sərgisində radio və televiziya yayımı ilə bağlı ən son yeniliklər nümayiş olunur
17:16 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB)"Bakutel 2015" sərgisində öz stendi ilə iştirak edir.
 
Qurum fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə sərgi iştirakçılarını  və tərəfdaşlarını məlumatlandırır.
 
Bundan başqa, stenddə ölkə ərazisində həyata keçirilən rəqəmli  televiziya və radio yayımı  ilə bağlı xidmətlər nümayiş olunur.
 
Eyni zamanda, sərgi çərçivəsində gələcəkdə bütün respublika ərazisində çoxproqramlı kommersiya yayımının təşkil edilməsi üçün istehsalçı şirkətlərlə danışıqlar aparılır.
 
IP TV xidmətinin genişləndirilməsi üçün dövlət və özəl operatorlara  bu xidmət barədə  müfəssəl məlumatlar verilir.
 
Qeyd edək ki, “Teleradio” İB respublikada analoq və rəqəmli radio-televiziya yayımını, radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını, İP TV və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
 
RƏVAN
 
 

 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40146-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR