"Azercell" Müharibə Veteranları üçün kampaniyanın müddətini uzadıb

17:22 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şirkətdən “Report”a verilən xəbərə görə, kampaniya çərçivəsində Müharibə Veteranları “Azercell” fakturasız xətt abunəçiləri təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər hansı danışıq kartının məbləğinin 100%-ni bonus olaraq şirkətdən hədiyyə alacaqlar.
Qeyd edək ki, hədiyyə edilən bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətlərini 7 gün ərzində istifadə etmək olar. İstifadəyə verildiyi gündən bu imkandan artıq 28 mindən çox veteran yararlanaraq, “Azercell”dən 5,4 mln. manatdan artıq bonus əldə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azercell-muharibe-veteranlari-ucun-kampaniyanin-muddetini-uzadib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR