Heydər Əliyev Sarayında xeyriyyə konserti təşkil edilib

17:28 4 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı xeyriyyə konserti keçirilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədilə təşkil olunub.
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən konsertdə Xalq Artisti Gülyanaq Məmmədova, müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikayılova, Vüsalə Əliyeva, Xatirə Hacıyeva, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak ediblər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Sarayinda_xeyriyye_konserti_teskil_edilib-908344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR