Tanınmışlar konsert verdi - fotolar

Tanınmışlar konsert verdi -  fotolar
17:31 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik” adlı xeyriyyə konserti keçirilib.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədilə təşkil olunub.

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən konsertdə xalq artisti Gülyanaq Məmmədova, müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikayılova, Vüsalə Əliyeva, Xatirə Hacıyeva, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak ediblər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR