“Azərkosmos” ASC-nin stendi mükafata layiq görülüb

“Azərkosmos” ASC-nin stendi mükafata layiq görülüb
17:33 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC-yə məxsus stend Bakıda keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin “Ən yaxşı stend dizaynı” mükafatına layiq görülüb.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində “Azerspace-2” peykinin orbitə buraxılmasına dair “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında saziş imzalanıb.
Qeyd edək ki, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən (C diapazonda 24, Ku diapazonda 12 transponder) ibarətdir:.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR