Şərif Ağayarın imza günü keçiriləcək

Şərif Ağayarın imza günü keçiriləcək
17:57 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

"Nargis Fund" Sizi 1-31 dekabr tarixlərində "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına dəvət edir!

Fəvvarələr meydanında baş sponsor Amapola Exclusive Events-in təşkilati dəstəyilə "Soyuq Əllər, İsti Ürək: Mələklər" adlı xeyriyyə yarmarkası davam edir.

Dekabr ayının 5-i, saat 11.00-dan 13.00-dək yarmarka "Şelter" uşaq evinin kiçik sakinlərinə həsr olunacaq. Onlar üçün DJ AX-ın, aparıcı könüllülər Səbinə və Turalın, animator kuklaların, şou-men Kamran Razmovarın iştirakı ilə maraqlı şou - proqram, brek-dans üzrə master-klass, Viniamin şou təşkil olunacaq. Karuseldə əyləndikdən sonra uşaqları "Nargis Fund" tərəfindən nahar gözləyir. Nahardan sonra və ya əyləncə zamanı uşaqlar Aynur xanıma feys-art üçün müraciət edə bilərlər.

Saat 18.00-19.00-dək yarmarkamızın "Qanun" Nəşriyyat Evində Azərbaycanın məşhur yazarı Şərif Ağayarın imza günü keçiriləcək.

Axşam saat 19.00-dan 22.00-dək isə şəhər sakinləri və qonaqlar üçün əyləncəli proqram nümayiş olunacaq. Murad Arifin aparıcılığı ilə keçiriləcək şou-proqramda Ülviyyə Musayeva və DJ Stasy-nin, Cabir Rəsulovun, Azad Şabanovun və DJ V-nin çıxışları yer alacaq.

Ənənəyə uyğun olaraq, "Nargis Fund"-un təşkilatçılığı və "Amapola Exclusive Events"-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

"Soyuq Əllər, İsti Ürəkxeyriyyə yarmarkası haqqındadaha ətraflı məlumatı tədbirinrəsmisəhifələrindən əldə edəbilərsiniz:

İnstagram: Soyuqelleristiurek

Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR