Lizinqə verilən 12 minə yaxın kənd təsərrüfatı texnikasına güzəşt tətbiq olunub

Lizinqə verilən 12 minə yaxın kənd təsərrüfatı texnikasına güzəşt tətbiq olunub
18:08 4 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına və eyni zamanda, Nazirlər Kabinetinin qərarına əsasən, “Aqrolizinq” ASC tərəfindən lizinqə satılan və ya verilən kənd təsərrüfatı texnikalarına 40 faiz güzəşt tətbiq olunur. Kənd Təsərrüfatı Nazirliyi bu güzəşti avtomatlaşdırılmış sistemdə ərizələrin onlayn qəbulu vasitəsilə həyata keçirməyə başlayıb. Etiraf etmək lazımdır ki, proses yeni başlayarkən kənd yerlərində avtomatlaşdırılmış sistemdən istifadə məsələsi bir az çətinlik törədirdi. Torpaq mülkiyyətçilərinin çoxu Bakıya gəlməyə və yaxud başqalarına müraciət etməyə məcbur olurdular. Proses çətin başlasa da, artıq 12 minə yaxın kənd təsərrüfatı texnikasına güzəşt tətbiq olunub. Bu güzəştlərin ümumi məbləği isə təxminən 48 milyon manatdır. Əlbəttə ki, bu, çox böyük rəqəmdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Zaqatalada jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, artıq bu xidmətlər nazirliyin rəsmilərinin və “Aqrolizinq” ASC-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə yerlərdə vətəndaşların qəbulu zamanı həyata keçirilir. Aidiyyəti qurumların təmsilçiləri yerlərdə ərizələri qəbul edir, ödənilməyən məbləği yerindəcə bankın nümayəndəsinin iştirakı ilə müəyyənləşdirir və güzəşt tətbiq edir. Beləliklə, texnikanın şəxsi mülkiyyətə verilməsi təmin olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lizinqe_verilen_12_mine_yaxin_kend_teserrufati_texnikasina_guzest_tetbiq_olunub-908369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR