Vışeqrad dördlüyünün sammiti Şengen zonasının kiçildilməsi əleyhinə çıxıb

Vışeqrad dördlüyünün sammiti Şengen zonasının kiçildilməsi əleyhinə çıxıb
18:28 4 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 4 dekabr, AZƏRTAC
Vışeqrad dördlüyü (V4) ölkələri mini-Şengen yaradılmasına dair layihələri rədd edirlər. Bu barədə Twitterdəki mikrobloqunda Çex Respublikasının Baş naziri Boquslav Sobotka yazıb. O yazıb ki, Çexiya, Slovakiya, Macarıstan və Polşanın baş nazirləri Şengen sərhədinin mühafizəsi məsələsində yekdil olublar. Son vaxtlar qeyri-rəsmi diplomatik görüşlərdə, xüsusən, Şengen məkanının miqrasiya böhranı ilə əlaqədar kiçildilməsinə dair bir neçə qeyri-rəsmi layihə müzakirə olunur. Həmin layihələr Mərkəzi Avropa ölkələrini nəzəri cəhətdən bu zonadan xaric edilməsini nəzərdə tutur.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Viseqrad_dordluyunun_sammiti_Sengen_zonasinin_kichildilmesi_eleyhine_chixib-908377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR