Bakıda Meksika Kinosu Günləri keçiriləcək

Bakıda Meksika Kinosu Günləri keçiriləcək
18:28 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 7-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçiriləcək Meksika Kinosu Günlərinin açılışı olacaq.

Trend nazirliyə istinadən məlumat verir ki, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan və dekabrın 11-dək davam edəcək Kino Günləri çərçivəsində 7 dekabr saat 19:00-da “Səfil həyat”, 8 dekabr saat 12:00-da “Makario”, 9 dekabr saat 12:00-da “Ümid var”, 10 dekabr saat 12:00-da “Varislər”, 11 dekabr saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.

Meksika filmləri Azərbaycan dilinə "Lider" televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2465384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR