Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib
18:48 4 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
Güclü qar yağması səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Bu barədə AZƏRTAC-a Quba 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib. Sahə rəisi bildirib ki, gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları və canlı qüvvəsi saat 17 radələrində yolu tamamilə qardan təmizləməyə müvəffəq olublar.
Bununla da həmin istiqamətdə yerləşən 9 kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Quba_Xinaliq_yolunda_avtomobillerin_hereketi_berpa_edilib-908389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR