Vladimir Barta: Rüstəm Orucov bizim görmək istədiyimiz cüdonu göstərir

Vladimir Barta: Rüstəm Orucov bizim görmək istədiyimiz cüdonu göstərir
18:58 4 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Tokioda start götürən “Böyük dəbilqə” turniri beynəlxalq mövsümü yekunlaşdıracaq. Bu turnirdə mübarizənin Olimpiya təsnifatının hesabına keçən reytinq xalları uğrunda getməsi amilini nəzərə alsaq, yarış komandaların çoxu, o cümlədən Azərbaycan yığması üçün məhsuldar olub. Beynəlxalq Cüdo Federasiyasının baş idman direktoru Vladimir Barta Azərbaycan Cüdo Federasiyasına müsahibəsində dünyada cüdonun inkişaf strategiyasından, Azərbaycan atletlərinin uğurlarından və bir çox digər məsələlərdən danışıb.
-Başa çatan mövsüm Olimpiya qabağı dövrdür. Sizcə, bu dövrü hansı xüsusiyyətlər fərqləndirir?
- Bu il hadisələrlə yetərincə zəngin olub. Axı Olimpiadaya vəsiqə almaq uğrunda mübarizə həlledici mərhələyə qədəm qoyub. Bildiyiniz kimi, Olimpiadaya seçim meyarı reytinqdir. Odur ki, indiki mövsüm bəzi idmançılar üçün bir çox baxımdan həlledicidir. Şübhəsiz ki, Rio-de-Janeyro Olimpiadasına hazırlaşmaq üçün hər kəsin öz planı var. Amma ənənəyə görə, məhz Olimpiya qabağı ildə mübarizə xüsusilə gərgin olur.
- Yəni rəqabətin səviyyəsindən bütövlükdə razısınız?
- Şübhəsiz. Mən bu mövzunu genişləndirərdim, çünki rəqabət ilə yanaşı, bu və ya digər turnirin təşkilatçılarının fəaliyyəti də var. Turnirlər yeni səviyyəyə yüksəlib. İnanın ki, bunun arxasında təşkilatçıların çox ağır zəhməti dayanır. Özünüz də müşahidə edə bilərsiniz ki, Bakıdakı “Böyük dəbilqə” turniri ildən-ilə daha da yaxşılaşır və maraqlı olur. Bu təkcə iştirakçıların deyil, həm də təşkilatçıların xidmətidir.
-Hər il cüdoda yeni adlar meydana çıxır. Şəxsən siz kimi kəşf etmişiniz?
- Çox yaxşı sualıdır. Amma mən tamamilə obyektiv ola bilmərəm. Qüvvələr bölgüsünü öyrənmək üçün statistika var. Azərbaycanda yeni adlar ortaya çıxıb. Rüstəm Orucovun (73 kq) döyüş texnikası çox xoşuma gəlir. Yadımdadır ki, o, London Olimpiadasına az qala son anda lisenziya ala bildi. Amma Londondan sonra Rüstəm xeyli təcrübə topladı. Hamımızın görmək istədiyi cüdo məhz onun göstərdiyi cüdodur.
- Əbu-Dabidəki turniri nəzərə alsaq, “Böyük dəbilqə” turnirlərinin sayı ötən ildən artaraq dörddən beşə çatıb. Yeni mövsümdə də eynən bu qədər turnir olacaqmı?
- Rio-de-Janeyro Oyunlarından sonra təqvimin necə olacağını demək çətindir. Mən 2017-ci il üçün planı nəzərdə tuturam. Amma gələn mövsümdə heç bir dəyişiklik nəzərdə tutulmayıb: “Böyük dəbilqə” beş turnirdən ibarət olacaq.
- Yeri gəlmişkən, Tokiodakı “Böyük dəbilqə” özünəməxsusdur, çünki tatami sahiblərinin üstünlüyü ilə keçir.
- Bəli, Yaponiya atletlərinin səviyyəsi çox yüksəkdir. Bu ölkənin dörd idmançısının dördü də hər kateqoriyada medal bilər. Bu baxımdan ev sahibləri başlıca favoritdirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vladimir_Barta_Rustem_Orucov_bizim_gormek_istediyimiz_cudonu_gosterir-908399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR