Masallı və Cəlilabadda dərs deyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Masallı və Cəlilabadda dərs deyən müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb
18:58 4 Dekabr 2015
747 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 4-də Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan 2 min 500-dək, Cəlilabad rayonu üzrə isə təxminən 2 min 600 müəllimin iştirakı nəzərdə tutulur.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir və 6 bal toplaya bilməyən müəllimlər imtahandan kəsilmiş sayılırlar.
İmtahanların gedişini Təhsil Nazirliyinin əməkdaşları və xüsusi hazırlanmış müşahidəçilər izləyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR