Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının təqdimatı olub

Tədris Cərrahiyyə Klinikasında Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının təqdimatı olub
19:08 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının (IFMSA) təqdimat konfransını keçirib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransı ATU-nun beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov açaraq təşkilatın fəaliyyəti barədə məlumat verib.
Daha sonra “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədri Həzi Aslanov IFMSA-nın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışıb. Konfransda, həmçinin “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin strukturu, məqsədi, layihələri barədə də söhbət açılıb. Eyni zamanda, milli və beynəlxalq səviyyədə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.
Azərbaycan Tibb Universitetinin məzunu Xalidə Mahmudova “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin-İFMSA professional mübadiləsi çərçivəsində 2013-cü ildə Polşada keçdiyi biraylıq praktika barədə təəssuratlarını bölüşüb.
“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi ölkəmizi dəfələrlə IFMSA-da təmsil edib. IFMSA özündə 6 qitə, 122 ölkədən 1,3 milyon tibb tələbəsini birləşdirən dünyanın ən qədim və ən böyük tələbə təşkilatlarındandır. İl ərzində IFMSA minlərlə tibb tələbəsinin mübadiləsini təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR