Hərbi attaşelər nazirliyə toplandılar

Hərbi attaşelər nazirliyə toplandılar
19:17 4 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 4-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib. Toplantıda çıxış edən nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq "Azərbaycan Respublikasında akkreditə olunmuş Hərbi Attaşelik Aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları" və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.

Hərbi Attaşelər Assosiasiyası adından Polşa Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/387673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR