Rusiyada stadion yanıb

Rusiyada stadion yanıb
19:22 4 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Rusiyanın paytaxtı Moskvada yerləşən "Ximki Arena"da yanğın olub. "Report"un məlumatına görə, hadisə yerli vaxtla saat 14:00-da baş verib.
Belə ki, stadionun VİP tribunasının elektrik naqillərində qısaqapanma olub. Nəticədə yanğın baş verib. Lakin stadion işçilərinin hadisəyə təcili müdaxiləsi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb.
Qısamüddətli yanğın nəticəsində tribunanın 90 kv.m hissəsi yararsız hala düşüb. Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/rusiyada-stadion-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR