Lerikə yağan qar elektrik təsərrüfatına ziyan vurub

Lerikə yağan qar elektrik təsərrüfatına ziyan vurub
19:23 4 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Lerik, 4 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 3-dən başlayaraq ölkəmizin cənub bölgəsinə yağan intensiv yağışlar Talış dağlarında qarla müşayiət olunub. Lerik rayonuna yağan qar yaşayış məntəqələrində elektrik təsərrüfatına ziyan vurub.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a bildirib ki, rayon mərkəzində qarın qalınlığı 40, ucqar dağlıq ərazidə isə 50-60 santimetrə çatır. Səhər saatlarında qarın dayanması və havanın günəşli olması nəqliyyatın hərəkətini yüngülləşdirib.
Yağan qar rayonun enerji təsərrüfatını iflic vəziyyətinə salıb. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb, dirəklər yıxılıb. Bu səbəbdən də dünən axşam saatlarından rayonun 90 faizi işıqsız qalıb.
Hazırda Lerik şəhəri və ətraf kəndlər işıqla təmin olunsa da, rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində problemlər var.
Rayon fövqəladə hallar komissiyası, ərazi icra nümayəndələri və bələdiyyələr qarın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində tədbirləri davam etdirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerike_yagan_qar_elektrik_teserrufatina_ziyan_vurub-908416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR