ADNSU “British Council” təşkilatı ilə əməkdaşlığı genişləndirir

19:28 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council” təşkilatının Azərbaycan üzrə direktoru xanım Elizabet Vayt və təhsil məsələləri üzrə menecer Nərgiz Hüseynova ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, universitetdə ingilis dilinin tədrisinin təşkilində “British Council” təşkilatı ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Rektor, həmçinin ADNSU-da ingilis dili mərkəzinin yaradılmasının vacibliyini xatırladıb.
Görüşdən məmnun qalan E.Vayt ADNSU ilə əməkdaşlıq imkanlarından bəhs edib.
N.Hüseynova “British Council” təşkilatının ali məktəblər üçün nəzərdə tutduğu qrant layihələri barədə məlumat verib.
Sonra fikir mübadiləsi aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR