Psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb
19:28 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Alı Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı onun ayaqqabısının sağ tayının tərliyi ilə ayaqqabının içəri alt divarı arasından səpilmiş vəziyyətdə, xalis çəkisi 13,832 qram olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Psixotrop_maddenin_Azerbaycana_getirilmesinin_qarsisi_alinib-908422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR