Azərbaycanlı gənc alim Minskdə beynəlxalq forumda ölkəmizi təmsil edib

Azərbaycanlı gənc alim Minskdə beynəlxalq forumda ölkəmizi təmsil edib
19:33 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Minsk şəhərində Belarus Milli Elmlər Akademiyasının (MEA) Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Gənclik elmdə-2015” mövzusunda beynəlxalq forum keçirilib. On iki ölkədən 300-dək gənc alim və mütəxəssisin qatıldığı beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov təmsil edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində Belarus MEA-nın prezidenti, akademik Vladimir Qusakov rəhbərlik etdiyi qurumda son illər həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib.
Belarus MEA Gənc Alimlər Şurasının sədri Andrey İvanoviç bildirib ki, forumun məqsədi müxtəlif ölkələrin gənc alimləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması və yeni əlaqələrin qurulmasıdır.
Sonra forum işini bölmələr üzrə davam etdirib. “Gənclik elmdə” bölməsində Müstəqil Dövlətlər Birliyinə üzv olan respublikaların gənc alim və mütəxəssislər şuralarının nümayəndələri ilə yanaşı, F.Salmanov da iştirak edib. Sədrlər rəhbərlik etdikləri şuraların fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.
Forum çərçivəsində Azərbaycan və Belarus gənc alim və mütəxəssislər şuralarının sədrləri arasında görüş keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_genc_alim_Minskde_beynelxalq_forumda_olkemizi_temsil_edib-908426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR