Xarici dövlətlərin ölkəmizdəki hərbi attaşelərinə Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilib

Xarici dövlətlərin ölkəmizdəki hərbi attaşelərinə Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verilib
19:33 4 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 4-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 24 ölkədən 33 nümayəndə iştirak edib.
Toplantıda çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov regionda mövcud olan hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrdə aparılan islahatlar, inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə il ərzində beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər hərbi attaşelərin diqqətinə çatdırılaraq “Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşelik aparatlarının fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi Qaydaları” və 2016-cı ildə planlaşdırılan tədbirlər barədə brifinq təqdim olunub.
Hərbi Attaşelər Assosiasiyası adından Polşa Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Zbiqnev Vasilevskiy çıxış edərək yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xarici_dovletlerin_olkemizdeki_herbi_attaselerine_Ermenistanin_isgalchiliq_siyaseti_barede_melumat_verilib-908424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR