"PAŞA Həyat"ın "Çağrı Mərkəzi"nin əməkdaşları üçün təlim keçirilib

"PAŞA Həyat"ın "Çağrı Mərkəzi"nin əməkdaşları üçün təlim keçirilib
19:38 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat” müştərilərə göstərilən xidmətlərin səviyyəsini artırmaq, eləcə də müştəri məmnunluğunu daha da yüksəlmək istiqamətində həyata keçirdiyi siyasətini uğurla davam etdirir.

Müştərilərə göstərilən xidmətlərin səviyyəsini daha da yüksəltmək məqsədi ilə bu günlərdə “Çağrı Mərkəzi”nin əməkdaşları üçün iki günlük təlim keçirilib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, “Müştəri-yönümlü yanaşma və satış bacarıqlarının əsasları” mövzusunda təşkil olunmuş təlimdə uğurlu xidmət üçün vacib olan əsas davranış formaları, daxili və xarici müştəri məmnuniyyəti haqqında geniş məlumat verilib.

Bununla yanaşı, iştirakçılara şikayətlərin imkanlara çevrilməsi və idarə olunması, müştəriyə istiqamətlənmənin inkişafı üzrə dünya təcrübəsi, eləcə də satış bacarıqlarının inkişaf etdirilməsi metodları izah edilib. Təlimdə göstərilən misallar və interaktiv oyunlar təlimin iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə nail olunub.

Qeyd edək ki, “PAŞA Həyat”ın (012) 942 qısa nömrəli “Çağrı Mərkəzi” ötən ilin iyun ayından istifadəyə verilib. Müştərilər şəhər nömrələrindən birbaşa 942, mobil nömrələrdən isə (012) 942 yığmaqla şirkətin “Çağrı Mərkəzi” ilə əlaqə yaradaraq “PAŞA Həyat”ın təklif etdiyi həyat sığortası məhsulları haqqında geniş məlumat ala bilərlər. Bununla yanaşı, Mərkəzdə sığorta hadisələri ilə bağlı məlumat vermək, eyni zamanda istək və təkliflərini qeyd etmək imkanı da yaradılıb.

Xatırladaq ki, Çağrı Mərkəzi həftənin 5 günü - bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-dək xidmət göstərir. İş günü başa çatdıqdan sonra, həmçinin şənbə və bazar günləri edilən zənglərdə müştərilər istək və təkliflərini mesak şəklində qeyd edə bilərlər.

Növbəti iş günü başlayanda qeyd edilən günlərdə olunan zənglərə cavab olaraq, zəng etmiş müştərilər və ya şəxslərlə dərhal əlaqə saxlanılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2465420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR