​Bərdədə “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib

​Bərdədə “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib
19:57 4 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Bərdə rayonu “Uğurbəyli” kənd məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində dekabrın 4-də Uğurbəyli kəndində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə "Report"a Komitədən məlumat verilib.
Bərdə rayonu Uğurbəyli kənd məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Zöhrab Zöhrabbəyov, Bərdə rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Anar Şahbazov, dini icmanın sədri Səbuhi Hacıyev, QMİ-nin Bərdə rayonu üzrə səlahiyyətli nümayəndəsi, Bərdə şəhər “Cümə” məscidinin axundu Ramazan Hüseynov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizmin mahiyyəti və milli-mənəvi dəyərlərimizə zərərlərindən danışıb. Dini radikalizm ilə mübarizədə dini icmaların və din xadimlərinin üzərinə düşən vəzifələrdən bəhs edən Fuad Şirinov düzgün dini maarifləndirmənin bu məsələdəki rolundan söz açıb.
Çıxış edən digər natiqlər radikalizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/berdede-dini-radikalizm-ve-onunla-mubarize-usullari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR