“Günəşli” yatağında güclü yanğın: neftçilərdən xəbər yoxdur

“Günəşli” yatağında güclü yanğın: neftçilərdən xəbər yoxdur
20:22 4 Dekabr 2015
1767 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə saat öncə "Günəşli" neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb. Yanğın yatağın 10-cu platformasında başlayıb.

Milli.Az xəbər verir ki, SOCAR-dakı mənbələrdən virtualaz.org-a verilən məlumata görə, "Günəşli" yatağının yanan platformasındakı neftçiləri xilas etmək üçün ora yanğından mühafizə gəmisi göndərilib.

Yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR