Bakıda ağac 4 avtomobilin üstünə aşdı - FOTO

Bakıda ağac 4 avtomobilin üstünə aşdı - FOTO
20:27 4 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonu, Qara Qarayev 94 ünvanında, yaşayış binasının həyətində bu gün səhər saatlarında əsən güclü külək nəticəsində ağac aşıb. Nəticədə bir neçə avtomobilə ciddi ziyan dəyib.

Milli.Az-ın məlumatına görə, zərərçəkənlərdən Rüstəm Yusifov musavat.com-a bildirib ki, onlar avtmobilə dəyən ziyanın aradan qaldırılması üçün qəzanın baş verməsinə dair akt tələb ediblər:

"Nə qədər axtardıqsa, Yaşıllaşdırma İdarəsindən bir nəfər tapıb akt ala bilmədik. O qurumdan bir adam tapa bilmirik ki, maşınları ağacın altında çıxaraq, akt alaq".

R.Yusifov deyir ki, idarənin bir neçə işçisi ağacı kəsmək üçün göndərilmişdi, lakin zərərçəkənlər buna imkan verməyib:

"Biz buna icazə vermədik ki, əvvəlcə akt alaq, daha sonra ağac kəsilsin. Çünki burada sığorta məsələsi də əsasdır".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR