Rəis müavini və oğlunun gülləyənə hökm oxundu (VİDEO)

Rəis müavini və oğlunun gülləyənə hökm oxundu (VİDEO)
07:56 30 Dekabr 2014
143 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavinini və onun oğlunu güllələyən Gülağa Lətifovun məhkəmə prosesi başa çatıb.

ANS TV-nin məlumatına görə, prosesdə hökm oxunub və təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib.

Bu ilin 23 fevral tarixində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuları Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açıb. Daha sonra Lətifov hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən dünyasını dəyişib, digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı Gülağa Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb.

Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə Lətifov avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı rayon polis idarəsinin rəis müavinidir. Digər yaralı, rəis müavinin oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis Idarəsinin 12-ci polis bölməsinin əməkdaşıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR