Çexiyada zorakılıq və ksenofobiya əleyhinə “Milad çağırışı” açıqlanıb

Çexiyada zorakılıq və ksenofobiya əleyhinə “Milad çağırışı” açıqlanıb
21:08 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 4 dekabr, AZƏRTAC
Xalq Yaddaşı Kollegiumu Çexiya cəmiyyətində təcavüz, nifrət və faşist əhval-ruhiyyəsinin yayılmasına yol verməmək məqsədi daşıyan “Milad çağırışı”nın mətnini açıqlayıb. Alimlər Qorxu Əleyhinə təşəbbüsü və “Post Bellum” birliyi tərəfindən dekabrın 3-də Facebook şəbəkəsi vasitəsilə yayılan bu çağırış diqqəti miqrasiya böhranının doğurduğu qorxu hissindən sui-istifadə halları, Rusiyada vəziyyət və Çexiya cəmiyyətinin parçalanması üzərində cəmləşdirir. Çağırışı artıq 3 mindən çox adam, o cümlədən görkəmli şəxsiyyətlər imzalayıblar. İkinci Dünya müharibəsinin veteranları, müqavimət hərəkatının iştirakçıları, Holokostun sağ qalmış qurbanları, keçmiş siyasi məhbuslar və dissidentlər sənədi ilk imzalayanlar arasında olublar. Çağırış Çexiya cəmiyyətini bu xalqın XX əsrdə üzləşdiyi məşəqqətlərdən, habelə uğrunda mübarizə apardığı dəyərlərə hörmətsizlikdən qorumaq məqsədi daşıyır.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiyada_zorakiliq_ve_ksenofobiya_eleyhine_Milad_chagirisi_achiqlanib-908458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR