Danimarka Aİ qaydalarına "Yox" deyib

Danimarka Aİ qaydalarına "Yox" deyib
21:17 4 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Danimarkada keçirilmiş referendumda əksəriyyət Aİ-nin sərhəd polisi barədə qaydalarının qəbulundan imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, seçicilərin 53 faizdən çoxu təkliflərə "Yox" deyib.
Referendum Paris hücumlarından sonra və Avropanın miqrant axını ilə mübarizə apardığı ərəfədə keçirilib.
“Bu, aydın yoxdur,” deyən baş nazir Lars Lokke Rasmussen bildirib ki, o seçicilərin qərarına “hörmətlə yanaşır”.
Müxalifətin də dəstəyi ilə hökumət "Hə" üçün təşviqat aparıb və bu nəticənin Paris hücumlarından sonra Danimarka rəsmilərinə kömək edəcəyini bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/danimarka-ai-qaydalarina-yox-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR