Taekvondo təlimlərini uğurla başa vuran namizədlərə hakimlik dərəcələri verilib

Taekvondo təlimlərini uğurla başa vuran namizədlərə hakimlik dərəcələri verilib
21:28 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyasının (ATF) iş planına uyğun olaraq, hakimlərin hazırlığı məqsədilə keçirilən təlim toplanışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, federasiyanın inzibati binasının idman zalında təşkil edilən təlimdə namizədlərə hakimlik qaydaları ilə bağlı nəzəri və praktiki dərslər keçirilib.
Təlimləri müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq hakimlik dərəcələri verilib.
Təlim-toplanışına ATF-in hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_telimlerini_ugurla_basa_vuran_namizedlere_hakimlik_dereceleri_verilib-908459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR