Azərbaycanın ən yaxşı bankı

Azərbaycanın ən yaxşı bankı
22:01 4 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən olan “Business New Europe” Kapital Bankı yüksək maliyyə göstəricilərinə görə Azərbaycanın “ən yaxşı bankı” adına layiq görüb.

2006-cı ildən nəşr edilən “Business New Europe” jurnalı postsovet məkanı, Mərkəzi Avropa, Balkan yarımadası və Mərkəzi Asiyada yerləşən 30-dan artıq ölkədə biznes, iqtisadi maliyyə və siyasət sahələrini əhatə edir. Jurnal ayda bir dəfə ingilis dilində 20 min tirajla nəşr edilir.

“Business New Europe” kimi nüfuzlu media şirkəti tərəfindən mükafata layiq görülmək bizim üçün çox sevindiricidir. Bu təltif bir daha Kapital Bankın güclü və dayanıqlı maliyyə durumunu sübut edir və müştərilərimizin bizə olan inamını daha da artırır”, - deyə Bankın Marketinq Kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva qeyd edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR