Karate üzrə respublika çempionatında 31 klubu təmsil edən 400-dək idmançı mübarizə aparır

Karate üzrə respublika çempionatında 31 klubu təmsil edən 400-dək idmançı mübarizə aparır
22:03 4 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Dekabrın 4-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 16-cı, böyüklər arasında isə 23-cü respublika çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda paytaxtın və respublikanın digər bölgələrinın 31 klub və məktəblərindən ümumilikdə 395 karateçı mükafat uğrunda mübarizəyə qatılıb. Budəfəki çempionatda ilk dəfə olaraq paralimpiyaçı karateçilər də yarışda iştirak edirlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, idmanın bu növünə həvəs göstərən yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır. O vurğulayıb ki, bu gün idman ölkəsi kimi tanınan Azərbaycanda mötəbər yarışların təşkil edilməsi üçün Azərbaycan dövləti tərəfindən hər cür dəstək göstərilir. Bütün bu müsbət göstəricilərin Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində əldə olunduğunu deyən Y.Bəşirov beynəlxalq yarışların paytaxtımızda bundan sonra da yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib. Federasiya rəhbəri çempionat iştirakçılarına uğurlar arzulayaraq turniri açıq elan edib.
Çempionatda 14-21 yaş qruplarında yeniyetmə və gənc karateçilər arasında kata və kumite yarışlarında qaliblər müəyyənləşib. Bu yaş qruplarında fəxri kürsüdə yer alan idmançılar mükafatlandırılıb. Medal qazananlar arasında fiziki qüsurlu karateçılər də yer alıb.
Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayevdir.
Turnirə dekabrın 5-də keçiriləcək böyüklər arasında 23-cü respublika çempionatı ilə yekun vurulacaq.















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Karate_uzre_respublika_chempionatinda_31_klubu_temsil_eden_400_dek_idmanchi_mubarize_aparir-908462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR