Nardaranda polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri dəfn edildi

Nardaranda polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri dəfn edildi
22:34 4 Dekabr 2015
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənazələr bu gün ailələrinə təhvil verilib

Noyabrın 26-da Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.

 

Bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.

 

Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: "Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik".

 

Xatırladaq  ki, hadisə nəticəsində polisə müqavimət göstərən dəstənin üzvlərindən Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR