Cinsi ayrı-seçkilik etdi: 5 oyun cəza aldı

Cinsi ayrı-seçkilik etdi: 5 oyun cəza aldı
22:34 4 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya ikinci Bundesliqasında çıxış edən “Fortuna”nın türk futbolçusu Kərəm Dəmirbay böyük skandala səbəb olub. Apasport.az saytının məlumatına görə, “Frankfurt”la oyunun 85-ci dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan xaric edilən futbolçu matçın qadın hakiminə qarşı cinsi ayrı-seçkilik edib.

 

Belə ki, oyundan sonra şəxsi tvitter hesabından paylaşım edən türk hücumçu hakim Bibiana Staynhaus haqqında “Kişi futbolunda qadın hakimlərin nə işi var?” yazmışdı.

 

Bu mesaj geniş polemika və müzakirələrə səbəb olub. Futbolçu daha sonra hakimdən üzr istəsə də, görünür Almaniya Futbol Federasiyası rəsmilərinin ürəyi yumşalmayıb.

 

Qadınlara qarşı cinsi ayrı-seçkilik etdiyi üçün türk futbolçu 2-si şərti olmaqla 5 oyunluq cəzaya məruz qalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR