Bir sıra binalarda istilik problemi qalır - VİDEO

Bir sıra binalarda istilik problemi qalır - VİDEO
22:52 4 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Binalarda istiliklə bağlı yaranmış problem əsasən həllini tapsa da bir sıra binalarda maraqlı vəziyyət yaranıb. Belə ki, eyni binada olan mənzillərin birində istilik var digərində yox. Hətta elə mənzillər var ki, otaqların birində istilik var, digər otaqda isə istilikdən əsər-əlamət yoxdur.

Bu insanlar eyni binanın, hətta eyni blokun sakinləridir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi 77 ünvanındakı bu hal paytaxtın əksər rayonunda bir sıra binalarda rast gəlinir.

Bənzər mənzərə Yeni Yasamal 1, Xiyabani küçəsi 7-8-ci binalarda da müşahidə olunur. Hətta elə mənzilllər var ki, otaqların bəzilərində istilik olur digərində yox.

Burada insanlar xidmətin keyfiyyətindən də narazıdır. Belə ki havalar soyuyanda sistemdəki istilik azalır və mənzilləri qızdırmır. Məsələyə münasibət bildirən Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyətinin xidmət rəisi Rafiq Əliyev bildirir ki, sözü gedən ərazilərdə ümumilikdə istilik problemi yoxdur. Amma konkret adıçəkilən ünvanlarda yaranan problem isə texniki xarakter daşıyır.

Rafiq Əliyev deyir ki, Yeni Yasamal 1 ərazisində də istiliklə bağlı yaranan problem texniki xarakter daşıyır. Ümumilikdə isə belə hallarla qarşılaşan sakinlər qaynar xəttə yaxud həmin rayonun istilik idarəsinə müraciət etsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR