Dayanacaqların yeri dəyişdiriləcək - VİDEO

Dayanacaqların yeri dəyişdiriləcək - VİDEO
23:05 4 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakida bəzi avtobus dayanacaqlarının yerlərinin dəyişdirilməsi nəzərdə tutulur. Milli.Az bildirir ki, bu barədə "Xəzər Xəbər"-ə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Onun sözlərinə görə, bu paytaxtda sərnişin nəqliyyatında insanların sıxlığının aradan qaldırılmasına xidmət edəcək. Nazir müavini bir sıra digər məsələlərə də toxunub.

Paytaxt Bakıda, xüsusi ilə pik sattlarda sərnişin avtobuslarında insanların sıxlığı , cəmiyyəti narahat edən məsələlərdən biridir. Artıq narahatçılığa ehtiyac qalmayacaq, dayanacaqlar dəyişidiriləcək. Çünki Nəqliyyat Nazirliyi bu istiqamətdə işlərə start verib. Özü də bu dəfə tamamı ilə yeni üsuldan istifadə olunacaq. Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib:

"İctimaiyyətin nəqliyyata tələbatı çoxdur, biz də bunun üzərində işləyirik ki, müəyyən dayanacaqlarda avtobusların dayanma yerlərini dəyişək. Çünki elə dayanacaq var ki orada kütlə olur, eləsi var ki boşdur. Ona görə bununla bağlı optimallaşdırma aparırıq. Bu da yəqin ki, öz nəticəsini verəcək. Amma bu gün gördüyümüz əsas iş həmin saatlarda əlavə avtobuslar buraxırıq".

Son dövr ərzində xətdə bir sıra yeni avtobuslar buraxılıb ki, bununla da həmin avtobuslar haqqında məlumatların dayanacaqlardakı monitorlara salınmaması məsələsi ortaya çıxıb. Beləliklə hələ xətdə buraxılmayan bir neçə sayda avtobus var. Bu proses tam başa çatdırılandan sonra, monitorlardakı çatışmazlıq da aradan qaldırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR