Böyük dövlətlərin Aralıq dənizindəki döyüş gəmiləri - SİYAHI

Böyük dövlətlərin Aralıq dənizindəki döyüş gəmiləri - SİYAHI
23:05 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Son günlər Suriyada baş verən hadisələrdən sonra Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya və başqa bu kimi dövlətlər Aralıq dənizinə öz döyüş gəmilərini göndərir.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aralıq dənizində Türkiyəyə məxsus 34 gəmi var ki, bunun 20-si donanma, 14-ü isə köməkci gəmidir. Bu gəmilərdən 3 ədəd korvet, 1 ədəd dənizaltı, 1 ədəd hücum gəmisi və 1 ədəd friqat (müasir döyüş gəmisi) həmişə Aralıq dənizində kəşfiyyat məqsədilə hərəkət edir.

Rusiyanın Aralıq dənizində 13 gəmisi var. Bu gəmilərdən 4-ü donanma, 9-u isə köməkci gəmidir.

ABŞ-ın Aralıq dənizində 3 ədəd donanma gəmisi, Fransanın 5 ( 1 ədəd təyyarə gəmisi, 2 ədəd donanma, 1 ədəd friqat, 1 ədəd kəşfiyyat gəmisi), İtaliyanın isə 2 gəmisi ( 1 ədəd friqat, 1 ədəd dənizaltı gəmisi) var.

Aralıq dənizində İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya, Yunanıstan və Hollandiyaya da məxsus gəmilərin olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR