"Messi "Qızıl top"a tam layiqdir"

"Messi "Qızıl top"a tam layiqdir"
23:17 4 Dekabr 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın əfsanəvi futbolçusu Xavi "Qızıl top"a namizədlər barədə fikirlərini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Xavi keçmiş komanda yoldaşı Messinin favorit olduğunu bildirib.

"Ronaldu və Messi bu mükafat uğrunda mübarizəni davam etdirəcək. Fikrimcə, Leo bu mübarizədə aşkar favoritdir. Bununla yanaşı, o, "Barselona"da qazandığı bütün uğurlara layiqdir. Dəfələrlə demişəm ki, Messi dünyada və bəlkə də, tarixdə ən yaxşı futbolçudur. O, bunu hər oyunda sübut edir. Messi "Qızıl top"a tam layiqdir. 2010-cu ildə bu mükafata namizədlər sırasında yer almaq xüsusi bir hiss idi. Hər kəsdən təbrik alırsan və özünü futbolun zirvəsində hiss edirsən".

"Ronaldu və Messinin bu mükafat üçün rəqabətə növbəti illər də davam edib-etməyəcəyini gələcək göstərəcək. Amma düşünürəm ki, bu mübarizəyə Neymar və Luis Suarez də qoşulacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR